Otelin direktorunu biznes payına görə öldürdülər
11 aprel 2025 17:34 (UTC +04:00)

Otelin direktorunu biznes payına görə öldürdülər

Rusiyanın Kamçatka diyarında otelin baş direktoru qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Petropavlovsk-Kamçatskidə şəhərində baş verib. “Petropavlovsk” otelinin baş direktorunun qətlinə biznesdəki payın səbəb olduğu iddia edilir.

İstintaqın məlumatına görə, fevralın 3-də 66 yaşlı kişi 45 yaşlı baş direktor iş otağında olarkən ov tüfəngi ilə onun başına atəş açıb.

Cinayətin motivi otelin nizamnamə kapitalındakı payın qaytarılması ilə bağlı eqoist motivlər olub. Zərərçəkən hadisə yerində ölüb.

Cinayət işinin istintaqı yekunlaşaraq ittiham aktının təsdiq edilməsi və məhkəməyə göndərilməsi üçün prokurora verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1182

Oxşar yazılar