Oteldə arvadını boğaraq öldürmüşdü - Məhkəməsi başlayır...
04 may 2021 09:01 (UTC +04:00)

Oteldə arvadını boğaraq öldürmüşdü - Məhkəməsi başlayır...

Sumqayıtda arvadını boğub öldürən Orxan Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Mirzə Xankişiyevin icraatına verilib.

Xatırladaq ki, bu il yanvarın 17-də, saat 7 radələrində Sumqayıt şəhər ərazisində yerləşən otellərin birində 24 yaşlı Həsənova Aişən Məhərrəm qızının meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər Prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 30 yaşlı Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Orxan Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2607
avatar

Mehman Nəbiyev

Oxşar yazılar