"Ne budi" ləqəbi ilə tanınan 65 yaşlı kriminal avtoritet Mixail Mixaylov Rusiyanın “Torbeyevski sentral” islah müəssisəsində vəfat edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, sifarişli qətllər və silsilə quldurluq əməllərinə görə ömürlük azadlıqdan məhrum edilmişdi.
İlkin məlumata əsasən, avtoritetin ölüm səbəbi kəskin ürək çatışmazlığı olub. Cəsəd yaxınlarına təhvil verilib və o, Lyubertsi şəhərində dəfn olunub.
Mixaylov 2002-ci ildə öz cinayətkar qrupunu yaradıb. İstintaq onun dəstəsi tərəfindən 2008-ci ilə qədər ən azı altı qətlin törədildiyini sübuta yetirib. 2015-ci ildə məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib.
