Nəvəsinin ad günündə qayınanasını öldürdü - AZƏRBAYCANDA
09 aprel 2021 13:31 (UTC +04:00)

Nəvəsinin ad günündə qayınanasını öldürdü - AZƏRBAYCANDA

Şəkidə qətl törədən Cəlilov Rahim Tahir oğlunun cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin icraatına verilib.

Xatırladaq ki, bu ilin yanvar ayında Şəki rayon sakini, 37 yaşlı Cəlilov Rahim Tahir oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınanası, 60 yaşlı Əhmədova Ruqiyə Şükür qızını bıçaqlayaraq öldürüb.

Məlumata görə, 60 yaşlı Ruqiyə Əhmədova axşam saatlarında nəvəsinin ad gününü təbrik etmək üçün kürəkənigilə gəlib. Həmin vaxt tərəflər arasında hələlik məlum olmayan səbəblərdən mübahisə yaranıb və R.Cəlilov qayınanasına bıçaqla xəsarət yetirərək onu öldürüb.

R.Cəlilovun hadisəni törədən vaxt içkili olduğu bildirilir.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3255
avatar

Mehman Nəbiyev

Oxşar yazılar