Naxçıvanda DƏHŞƏT:  oğul anasını öldürdü
05 iyun 2025 09:12 (UTC +04:00)

Naxçıvanda DƏHŞƏT: oğul anasını öldürdü

İyunun 4-də saat 20 radələrində Babək rayon Şəkərabad kənd sakini 47 yaşlı Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası prokurorluğunun məlumatında bildirilib.

Qeyd edilib ki, araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 24 yaşlı Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nihad Qoçəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, mərhum Leyla Qoçəliyeva Nihad Qoçəliyevin anasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1616

Oxşar yazılar