Bakının Pirallahı rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Pirallahı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan bir nəfər saxlanılıb.
Əməliyyat zamanı Pirallahı qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Azər Şahşinov tutularaq istintaqa təqdim edilib.
Üzərində şəxsi axtarış aparılan zaman ondan külli miqdarda heroin, metamfetamin, satışı qadağan edilən psixotrop tərkibl tramadol və preqabalın həbi, eləcə də 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Azər Şahşinov ifadəsində Pirallahı və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı saxlanılan şəxsin ətrafında Pirallahı rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.