Mübariz Mənsimov ev həbsi şərti ilə azad olundu.
Bu barədə onun köməkçisi Fidan Quliyeva sosial şəbəkədəki hesabında yazıb.
Lent.az xəbər verir ki, Azərbaycanlı iş adamı, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov azadlığa (ev dustaqlığına) çıxıb. İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəyib. Hakim Mübariz Mənsimovun işi ilə bağlı təhliyə qərarı verib.
Qeyd edək ki, bu il yanvarın 13-də Mübariz Mənsimovun məhkəmə iclası keçirilib və bu il martın 5-dək təxirə salınmışdı.
12: 15
Bu gün Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəmə prossesi keçirilir.
Lent.az xəbər verir ki, hakim prosesdə Mübariz Mənsimova söz verib. İş adamı məhkəmə prosesində çıxış edib:
"FETÖ köpeklerine 1 qəpik də vermədim, vermərəm də. Tam əksinə yalnız dövlətimizə yardım etdim. Mən bəraət istəyirəm."
Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılıb. Türkiyə mətbuatının xəbərinə görə, onu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.