Meyiti tapılan gənc qadınla bağlı  ŞOK İDDİA:  dayısı qızı danışdı...
03 may 2021 16:16 (UTC +04:00)

Meyiti tapılan gənc qadınla bağlı ŞOK İDDİA: dayısı qızı danışdı...

Salyan şəhəri, Xəlil Rza Ulutürk küçəsində evdən qadın meyiti tapılması ilə bağlı bir sıra təfərrüatlar ortaya çıxıb.

Hadisə ilə bağlı daha ətraflı mərhumənin bibisi qızı Ülkər xanım Lent.az-a danışıb. O, dayısı qızının ölümündə onun həyat yoldaşından şübhələndiklərini bildirib:

“Fatimənin üç uşağı var. Ən balacası 2 yaşındadır. Hamımız bilirdik ki, onun heç vaxt səhhətində problem olmayıb. Qohumlarımız deyir ki, yoldaşı Taleh tez-tez Fatiməni döyürdü.  O, ifadə verərkən Fatimənin oruc tutduğunu deyib. Talehi ifadə vermək üçün aparıblar, amma hələ də buraxmayıblar. Bibim qızı səhər saatlarında ölüb. Salyan şəhər Xəstəxanasında dedilər ki, bu 3-4 saatlıq ölüm deyil. Məhkəmə-tibbi ekspertiza şöbəsində əvvəlcə Fatimənin boğazında göy izlər olduğunu desələr də, sonradan bunu təkzib etdilər”.

Həmsöhbətimiz iddia edir ki, hadisə qəsdən və mərhumənin əri Taleh tərəfindən törədilib:

“Fatimənin heç nəyi yox idi, səhhətindən şikayət etməyib. Hamımız əminik ki, onu həyat yoldaşı öldürüb. Məhkəmə-tibbi ekspertizanın cavabları Bakıya göndərilib. Cavabları gözləyirik. Meyit isə Cəlilabada, Fatimənin ata evinə göndərilib”.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Salyan şəhəri, Xəlil Rza Ulutürk küçəsində evdən 32 yaşlı Cəlilabad rayon sakini Quliyeva Fatimə Yusif qızının meyiti tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 36063
avatar

Mehman Nəbiyev

Oxşar yazılar