"Məşədi Dadaş" məscidinin qarşısında dəhşətli QƏTL:  ürəyindən vurdu...
16 avqust 2021 11:07 (UTC +04:00)

"Məşədi Dadaş" məscidinin qarşısında dəhşətli QƏTL: ürəyindən vurdu...

Bakının törədilən qətl hadisəsinin üstü açılıb.

Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında 43 yaşlı Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarətdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 38 yaşlı Məhəmməd Rəhimov tərfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Məhəmməd Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7866
avatar

Mehman Nəbiyev

Oxşar yazılar