Marketdə narkotik satışı
25 noyabr 2021 10:29 (UTC +04:00)

Marketdə narkotik satışı

Marketdə narkotik satan tutuldu - FOTO

Qubada narkotik satan 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata  görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmovu saxlayıb. Onun icarə əsasında işlədiyi ərzaq mağazasına baxış zamanı oradan külli miqdarda psixotrop maddə olan metamfetamin (patı) və kustar üsulla hazırlanmış heroin aşkar olunub.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Etibar Mirzəməmmədov və Bakı şəhər sakini Ənvər Aslanov saxlanılıblar. Onların yaşadığı evə və üzərlərinə baxış keçirilən zaman bükülülərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
 
Davam etdirilən tədbirlərlə  Sumqayıt şəhərində qeydiyyatda olmaqla Quba rayonunda kirayədə yaşayan Firudin Əliyev saxlanılıb. Həmin şəxsin üzərinə  və avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və marixuana aşkar edilib.

Faktlarla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb

# 2502
avatar

Mehman Nəbiyev

Oxşar yazılar