Lənkəran sakini güllələnib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Lənkəran şəhər Polis Şöbəsinə iyulun 11-də saat 2 radələrində şəhər sakini F.Əlizadənin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlıq zəminində F.Əlizadəyə tüfənglə xəsarət yetirməkdə şübhəli bilinən Lənkəran sakini Q.Tahirov müəyyən edilərək saxlanılıb, ondan “İJ-58” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.