Narkotik gətirməyə cəhd edənlər
11 mart 2021 10:48 (UTC +04:00)

Narkotik gətirməyə cəhd edənlər

Külli miqdarda narkotiki Azərbaycana keçirə bilmədilər

Son günlərdə Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə təxmini çəkisi 30 kiloqram narkotik vasitənin, psixotrop və güclü təsirli maddələrin, eləcə də silah-sursatın dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindan Lent.az-a verilən məlumata görə, fevralın 27-də  Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində şübhəli şəxs qismində saxlanılan 30 yaşlı Cəlilabad rayon sakini Xəlilov Natiq Mais oğlunun  əlindəki bağlamaya baxış zamanı içərisində 3087 qram qurudulmuş marixuana, 2941,4 qram heroin, 730 həb metadon, 120 kapsul preqabalin, 1945,8 qram metamfetamin, həmçinin 9 mm kalibrli 1 ədəd “Baredda A6” və 8 mm kalibrli 1 ədəd “Lord T822” tapançaları aşkarlanaraq götürülüb.

Martın 4-də Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər şəxs ərazidən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Bakı şəhər sakini 31 yaşlı Nəcəfzadə Ceyhun Eyvaz oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı 192,8 qram heroin, 982,2 qram tiryək, 3007,1 qram həşiş qətranı, 60 ədəd metadon, 100,1 qram metamfetamin, 224 kapsulda preqabalin dərman həbləri aşkar edilib.   

Martın 6-da Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla  mühafizəsi üzrə tədbirlər nəticəsində sərhədboyu ərazidə hərəkətdə olan “Nexia Ravon” markalı 90 PN 378 dövlət nömrə nişanlı avtomobil içərisində 3 nəfər sərnişin ilə birlikdə saxlanılıb. Avtomobilə baxış zamanı 1 ədəd göy rəngli bağlamanın içərisində 16983,18 qram tiryək və 400 ədəd М40 həbləri aşkar olunaraq götürülüb. Avtomobildəki şəxslərin Bakı şəhər sakinləri 23 yaşlı İbrahimov Zaur Məzahir oğlu, onun həmyaşıdları Zeynalov Ramiz Rafiq oğlu və Şamaxı rayon sakini İbadov Sərvin Sərvər oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Bütün faktlar üzrə cinayət işləri başlanılmış, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2064
avatar

Mehman Nəbiyev

Oxşar yazılar