Kişini şantaj  edib pulunu aldılar
05 iyul 2021 13:21 (UTC +04:00)

Kişini şantaj edib pulunu aldılar

Balakən rayon sakini şantaj olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinə müraciət edən Balakən rayon sakini A.Kazımov bir nəfərin onu sosial şəbəkədə rüsvay edəcəyi ilə hədələyib 1540 manat pulunu almasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Zaqatala şəhər sakini H.Kərimov müəyyən edilərək saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2124
avatar

Mehman Nəbiyev

Oxşar yazılar