Kişi evində güllələndi -  YENİLƏNİB
25 iyun 2021 17:15 (UTC +04:00)

Kişi evində güllələndi - YENİLƏNİB

Masallıda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 46 yaşlı Tahir Ələmdar oğlu Musazadə yaşadığı Masallı şəhəri Qarabağ küçəsi ev 13, mənzil 20 ünvanında qətlə yetirilib. T. Musazadə naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq kəsilmiş-deşilmiş xəsarətlər alıb, odlu silahdan aşılan çoxsaylı atəşlə qətlə yetirilib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

***

16:31

Masallıda orta yaşlı kişi güllələnib.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Tahir Ələmoğlunu şəhərin mərkəzindəki mənzilndə naməlum şəxs  tapançadan açdığı çoxsaylı atəş nəticəsində qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

# 2829
avatar

Oxşar yazılar