Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Goranboy rayon sakini E.Həsənov saxlanılıb.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun kirayədə yaşadığı evə baxış zamanı oradan 2 kiloqramdan artıq heroin götürülüb.