Kənd evindən oğurluq edən 3 nəfər tutuldu
07 aprel 2021 11:55 (UTC +04:00)

Kənd evindən oğurluq edən 3 nəfər tutuldu

Masallı rayonunun Qəriblər kəndində bir yaşayış evindən 2000 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Masallı rayonunun Qəriblər kənd sakinləri Aqil Məmmədov, Yalçın Talıbov və Aslan Məmmədov olduqları müəyyən edilib. Oğurlanmış əşyalar onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır

# 1377
avatar

Mehman Nəbiyev

Oxşar yazılar