Kəlmeyi-şəhadətlə  başını kəsdi - "Lider TV"də işləmiş qadının qətlinin ŞOK DETALLARI
11 noyabr 2022 20:15 (UTC +04:00)

Kəlmeyi-şəhadətlə başını kəsdi - "Lider TV"də işləmiş qadının qətlinin ŞOK DETALLARI

CİNAYƏT İŞİ

Qısa arayış…

2022-ci il yanvarın 4-də Bakının Xətai rayonu General Şıxılinski küçəsi, ev 51, mənzil 27-nin hamam otağında 31 yaşlı Nahidə Əliyeva qətlə yetirilib. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.

Hamam otağından N. Əliyevanın başı və çiyin hissədən qolları kəsilmiş halda meyiti aşkar edilib.
  
Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri ilə hadisəni törədən 35 yaşlı Orxan Əliyev saxlanılıb. Polisə də məhz, Orxanın bacısı zəng edərək məlumat verib.
 
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məlum olub ki, N. Əliyeva əvvəllər “Lider” televiziyasında çalışıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, yanvarın 4-ü saat 13 radələrində Orxan Əliyev yaşadığı mənzildə həyat yoldaşı Nahidə Əliyevanın ona xəyanət etməsindən şübhələnib. Bu zaman aralarında mübahisə yaranıb. Orxan mübahisə zamanı qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Üzünə yumruqla 2 dəfə zərbə vurandan sonra, saçından tutub, qadını sürüyüb hamam otağına aparıb. İsrarla “kəlmeyi-şahadət” söylədib, mənzildə olan mətbəx bıçağından və baltadan istifadə edərək, başını gövdədən tam ayırıb. Şiddətli ağrılarla işgəncə verərək, arvadını xüsusi amansızlıqla öldürüb. Öldürdükdən sonra onu soyunduraraq, həmin kəsici və çapıcı alətlərlə meyiti müxtəlif hissələrə bölüb.

Nahidənin hissələrə bölünən bədəni
 
İş üzrə dindirilmiş Orxan Əliyev bildirib ki, 2015-ci ildə doğma bibisi qızı Nahidə Əliyeva ilə ailə qurub. Nikahdan bir övladları dünyaya gəlib:

“Evlənəndən sonra yoldaşım, qızım və anam Minarə ilə birlikdə General Şıxlinski küçəsi, 51 ünvanında yaşayırdıq. Son illər Nahidənin mənə yalan danışmasından, həmçinin mobil telefonu vasitəsilə məni izlətməsindən şübhələnməyə başladım. Qadının kiminləsə danışmasını və ya mesajlaşmasını görməmişəm. Bununla bağlı aramızda tez-tez mübahisələr yaranırdı. Axırıncı dəfə 2021-ci il dekabrın 5-də növbəti mübahisədən sonra arvadım uşağı da götürüb Füzuli rayonuna, valideynlərinin yaşadığı evə gedərək, orda qaldı. 2022-ci il yanvarın 3-də günorta Nahidəni və övladımı evə gətirmək üçün taksi ilə Füzuliyə, qayınatamgilə yollandım. Səhərisi gün yoldaşım və uşağımla Bakıya qayıtdım. Saat 12 radələrində evimizə çatdıq. Bir qədər keçdikdən sonra anama uşağı da götürüb bacımgilə getməsini bildirdim”.

Orxan bundan sonra mənzildə yoldaşı ilə tək qalıb. Nahidədən ona kiminlə xəyanət etdiyini soruşduqda, qadın heç kəslə yaxın münasibəti olmadığını deyib:

Orxan Əliyev

“Arvadımın xəyanət etdiyini hiss etdiyim üçün, onunla çox əsəbi vəziyyətdə danışmağa başladım. Nahidəyə düzünü söyləməsini, xəyanəti bağışlamayacağımı və bunun cəzasının ölüm olduğunu bildirdim. Yoldaşım xəyanət etmədiyinə and içəndə, bundan daha da qəzəbləndim və yalandan Allaha and içməməyini söylədim. Ardınca bir neçə dəfə yumruqla üzünə zərbələr vurdum. Zərbələrin təsirindən qadın yerə yıxılsa da, huşunu itirmədi. Saçından tutub sürüyə-sürüyə onu hamam otağına apardım. Əyilmiş vəziyyətdə saxlayaraq, ona: “namusuma əl uzatmısan, sənin başını və əllərini kəsəcəyəm, kəlmeyi-şəhadətini de, sonra səni öldürüm” dedim. Ona kəlmeyi-şəhadətini deməyə məcbur etdim və bıçaqla Nahidənin başını kəsdim. Başını və qollarını bədənindən ayırmaq çətin olacağını düşünüb eyvandan baltanı götürərək, hamama qayıtdım. Nahidə artıq keçinmişdi. Onun başını bıçaqla kəsərək, bədənindən tam ayırdım. Sonra qollarını kəsmək üçün əynində olan paltarları çıxartdım və onları plastik tasa atdım. Nahidənin başı kəsilmiş meyitini çılpaq vəziyyətdə vannanın içinə uzatdım. Orda bıçaqla onun sağ qolunu çiynindən kəsdim. Başını su ilə yuyub sellofan torbaya, kəsilmiş sağ qolunu isə tasa qoydum. Hamamda qana bulaşmış yerləri də yudum. Bu zaman evin qapısı döyüldü. Qapının gözlüyündən baxanda anam və bacımın gəldiyini gördüm. Onlara getmələrini bildirsəm də, israrla qapını açmağımı istədilər. Yeznəm də səsini çıxararaq, orda olduğunu, qapını açmayacağı təqdirdə polisə zəng edəcəklərini dedi. Qapını açaraq, onlara artıq gec olduğunu və Nahidəni öldürdüyümü bildirdim”.

Hadisə baş verən ev
 
Zərərçəkmiş şəxin hüquqi varisi Səhəddin Həsənov ifadəsində göstərib ki, 2021-ci il dekabrın 5-də qızının qaynanası ona zəng edərək, gəlib Nahidəni yaşadığı evdən aparmasını xahiş edib:

“Səbəbini soruşanda, qadın bunu telefonla yox, sonradan üz-üzə deyəcəyini söylədi. Həmin gün Bakıya gəldim. Evə daxil olanda Nahidənin üzündə xəsarət izləri gördüm. Orxanın anası və bacısı bildirdilər ki, onların arasında tez-tez mübahisələr olur. Kürəkənim narkotik maddələrdən istifadə edirdi. Axırıncı dəfə Nahidənin mobil telefonunu onun başına çırpıb və baş verənlərlə bağlı qızımın heç bir günahı yoxdur. Qızımı götürüb rayona apardım. 2022-ci il yanvarın 3-də Orxanın anası zəng edib oğlunun ailəsi ilə barışmaqdan ötrü rayona gələcəyini dedi. Axşam kürəkənim gəldi və bizdə qaldı. Nahidəyə Orxanla getməməsini, sonradan onu özüm aparacağımı desəm də, qızım razılaşmayaraq səhərisi gün əri ilə birgə Bakıya yola düşdü. Həmin gün Orxanın bacısına zəng edəndə o, heç nə izah etmədən, tez bir zamanda Bakıya gəlməyimi dedi. Qızımın yaşadığı ünvana çatanda Nahidənin qətlə yetirildiyini bildim”.

Nahidə Əliyeva

Şahid Elmir Həsənov bildirib ki, qaynanası evin qapısını açarla açmaq istəsə də, qapı içəridən bağlı olub:

“Qapını döydükdə Orxan aqressiv şəkildə bizdən çıxıb getməyimizi tələb etdi. Polis çağıracağımızı bildirdikdə Orxan qapını açdı. Mənzilə daxil olanda qohumum yarıçılpaq şəkildə, əllərini sağa-sola yelləyərək arvadını öldürdüyünü dedi. Qaynanamın arxasınca tez eyvana getdim. Çünki Orxanın Nahidəni eyvandan aşağıya atmasını düşündük. Sonra hamamın qapısını açıb tasın içində insan qolu gördüm və tez qapını bağladım. Yoldaşımla qaynanam hamama girmək istəyəndə onları içəriyə qoymadım. Orxan polisə təslim olacağını söyləyərək, paltarlarını geyindi və mənzildən çıxdı. Orxan getdikdən sonra yoldaşım 102 xidmətinə zəng etdi və həmçinin binanın komendantını çağırdı. Təxminən 10 dəqiqədən sonra polis əməkdaşları gəldi”.

Qətl törədilən balta və bıçaq
 
Şahid ifadələrindən məlum olub ki, qardaşı Orxan Əliyevi 2021-ci ilin dekabr ayında Narkoloji Dispanserə aparıb və orda müayinə zamaı qanında narkotik maddələr aşkar edilib. Buna görə həkim ona müalicə təyin edib. Kompleks ambulator məhkəmə-psixioloji ekspertizasının rəyinə görə, Orxan Əliyevin hərəkətlərini idarə etmək iqtidarında olub. Onun əməli Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşməyib.
  
Məhkəmə iclasında Orxan Əliyev xüsusi ilə ağır cinayət törətməkdə özünü təqsirli hesab etsə də, əməlindən peşman olmadığını bildirib.
  
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12852
avatar

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30