Gəncə sakinindən tapılan avtomat
10 avqust 2021 19:54 (UTC +04:00)

Gəncə sakinindən tapılan avtomat

Keçmiş məhkumun evindən "Kalaşnikov" tapıldı

Gəncə sakinində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, Azər Həsənov şəhər ərazisində saxlanılaraq Polis İdarəsinə gətirilib.

Onun yaşadığı evə axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 5 ədəd atəşə yararlı 5.45 mm-lik patron və 1 ədəd daraq aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

# 2121
avatar

Mehman Nəbiyev

Oxşar yazılar