Keçmiş məhkumun evindən 20 kiloya yaxın heroin  tapıldı
03 may 2021 13:17 (UTC +04:00)

Keçmiş məhkumun evindən 20 kiloya yaxın heroin tapıldı

Sumqayıt sakinindən külli miqdarda narkotik tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov şəhər ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 46 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 19 kiloqram 600 qram heroin və elektron tərəzi götürülüb.

# 1563
avatar

Mehman Nəbiyev

Oxşar yazılar