Narkotiklə tutulan keçmiş məhkum Şain İbişov
01 mart 2021 10:46 (UTC +04:00)

Narkotiklə tutulan keçmiş məhkum Şain İbişov

Keçmiş məhkum külli miqdarda narkotiklə tutuldu - FOTO

Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Şain İbişov saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a erilən məlumata görə, onun üzərinə keçirilən şəxsi axtarış zamanı 8 bükümdə çəkisi 4 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.İbişovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 740 qram tiryək aşkarlanaraq götürülüb. 

Faktla bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1377
avatar

Mehman Nəbiyev

Oxşar yazılar