Bakıda köşk qarət olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, aprelin 10-da rayon ərazisindəki köşklərin birindən 60 manat pul və 2000 manat dəyərində tütün məmulatı oğurlanıb.
Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb.