Avtomat gəzdirən Çingiz Quliyev
25 fevral 2021 11:02 (UTC +04:00)

Avtomat gəzdirən Çingiz Quliyev

Keçmiş məhkum "Kalaşnikov"la tutuldu - VİDEO

Əvvəllər dəfələrlə məhkum olunmuş Çingiz Quliyevin üzərində qanunsuz odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs qısa zamanda Sabunçu rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd sandıqça və 30 ədəd patron aşkar olunaraq götürülüb. Çingiz Quliyev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq, polis əməkdaşalarına təhvil vermədiyini bildirib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Çingiz Quliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bakı sakinindən avtomat götürüldü

# 1731
avatar

Mehman Nəbiyev

Oxşar yazılar