Mayın 12-də Gəncə şəhəri ərazisindəki evlərin birindən 200 manat pul, 18000 manat dəyərində qızıl-zinət və gümüş əşyaları oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Bağırov saxlanılıb.