Keçmiş direktor azadlığa çıxmaq istəyir: 300 minlik mənimsəmə, 560 minlik...
02 aprel 2021 10:59 (UTC +04:00)

Keçmiş direktor azadlığa çıxmaq istəyir: 300 minlik mənimsəmə, 560 minlik...

Külli miqdarda dələduzluqda, həmçinin mənimsəmə və vergidən yayınmada təqsirli bilinən "İşıq inşaat" MMC-nin və eyni adlı MTK-nın təsisçi və direktoru Cavanşir Şirəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Lent.az-ın məlumatına görə, həbsdə olan direktorun apelyasiya şikayəti üzrə məhkəmə prosesi aprelin 8-də Bakı Apelyasiya Məhkəməsində keçiriləcək. Prosesə hakim Elmar Rəhimov sədrlik edəcək.

İttihama görə, C.Şirəliyev faktiki rəhbərlik etdiyi MTK-nın Bakı şəhəri, Tbilisi prospektində tikdiyi binada eyni mənzilləri bir neçə şəxsə satmaqla ayrı-ayrı vətəndaşlara 278 min manatdan çox ziyan vurulması ilə nəticələnən dələduzluq edib.

Eyni zamanda, C.Şirəliyevin direktoru olduğu Yevlax Kərpic Zavodunun adına "Dəmirbank" ASC-dən götürdüyü 560 min dollar krediti təyinatı üzrə xərcləməyərək mənimsəməsinə, həmçinin, bu kərpic zavoduna rəhbərlik etdiyi dövrdə 300 min manatdan artıq məbləği vergidən yayındırmasına dair də məlumatlar var.

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 30-da keçirilən proses zamanı C.Şirəliyevə 1 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508
avatar

Mehman Nəbiyev

Oxşar yazılar