Keçmiş deputat arvadını döyüb ölümlə hədələdi
02 noyabr 2023 15:28 (UTC +04:00)

Keçmiş deputat arvadını döyüb ölümlə hədələdi

Voronejdə keçmiş deputat Sergey Poçivalov keçmiş arvadını kreslo ilə döyüb və iş yerində onu bıçaqlayaraq öldürməklə hədələyib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, o, cəzadan yaxa qurtara bilib.

Qadın qeyd edib ki, keçmiş əri əvvəllər dəfələrlə onu və azyaşlı qızını zorakılıqla hədələyib. Qadın polisə ifadə versə də, bu heç bir nəticə verməyib. Voronej polisi öz hərəkətsizliyini guya keçmiş deputatı tapa bilməmələri ilə əsaslandırıb.

Oktyabrın 3-də Poçivalov keçmiş arvadının iş yerinə gələrək onu qapıda ikən döyməyə başlayıb. Həmkarları onun qarşısını ala biliblər. Hadisədən sonra o, yenidən hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. İddiaya görə, hələ də qadının müraciətinə cavab yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4167
avatar

Oxşar yazılar