Kafedə 34 yaşlı kişini bıçaqladılar
09 avqust 2021 13:57 (UTC +04:00)

Kafedə 34 yaşlı kişini bıçaqladılar

Ağdaşda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qobuüstü kəndində qeydə alınıb. Kənd sakini 50 yaşlı Şaiq Abdullayev kənd ərazisindəki kafenin həyətində 34 yaşlı həmkəndlisi Samit Əsədovu ayaq (bud) nahiyəsindən bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.

Hazırda zərərçəkmişin vəziyyəti yaxşıdır, faktla bağlı araşdırma aparılır.

# 5862
avatar

Mehman Nəbiyev

Oxşar yazılar