İstirahət günləri yol qəzalarında 6 nəfər ölüb
08 fevral 2021 11:17 (UTC +04:00)

İstirahət günləri yol qəzalarında 6 nəfər ölüb

Respublikanın daxili işlər orqanları istirahət günlərində törədilmiş 66 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.

# 1668
avatar

Mehman Nəbiyev

Oxşar yazılar