İrandan Azərbaycana 42 kilo narkotik gətirən qohumlar tutuldu - VİDEO
11 iyun 2024 11:57 (UTC +04:00)

İrandan Azərbaycana 42 kilo narkotik gətirən qohumlar tutuldu - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Əli Valehov və qohumu əvvəllər məhkum olunmuş Elçin Abdurəhimov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onların üzərindən, ev və avtomobillərindən 42 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, elektron tərəzi və narkotiklərin təmassız satışında istifadə olunan bank kartı aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Valehov və E.Abdurəhimov “Kərim” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil ediblər. Saxlanılanlar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən marixuananı Siyəzən rayonunda dəniz kənarından əldə etdiklərini bildiriblər. Hər iki şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Ə.Valehov və E.Abdurəhimov ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349
avatar

Oxşar yazılar