İki qardaşı  küçədə güllələdilər - Amansız qətlin HADİSƏ ANI
12 dekabr 2025 15:06 (UTC +04:00)

İki qardaşı küçədə güllələdilər - Amansız qətlin HADİSƏ ANI

0

Türkiyədə iki qardaş küçədə qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli rayonunun İzmit qəsəbəsində baş verib.

Kafedə borc məsələsi üstündə atışma olub. Belə ki, kafenin əvvəlki icarədarı olan Hasan Akın borcunu istəyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Nəticədə Hasan Akın və böyük qardaşı Ahmet Akın güllələniblər. Onların hər ikisi aldıqları güllə yaralarından ölüblər. Hadisə ilə bağlı Oğuzxan S. və Furkan G. saxlanılıblar.

Ümumilikdə isə 13 nəfər şübhəli şəxs qismində dindirilib.

Hazırda iş üzrə məhkəmə istintaqı davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar