İki məktəbli qızının ZORLANMA İDDİASI:  DİN-dən cavab
03 aprel 2021 15:01 (UTC +04:00)

İki məktəbli qızının ZORLANMA İDDİASI: DİN-dən cavab

Neftçalada iki məktəblinin bir neçə şəxs tərəfindən zorlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov APA-ya  bildirib ki, Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi özünə məxsus səhifədə məlumat paylaşaraq iddia edib ki, Neftçala rayonunda 2 azyaşlı qıza qarşı təcavüz olub: "Bununla bağlı bildiririk ki, iddia əsassızdır və qərəzdən irəli gəlir. Qeyd edirik ki, rayonun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102 - Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib. Dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib, izahatı alınıb. Lakin o, qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü bildirib. Buna baxmayaraq, vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılaraq toplanmış materiallar rayon prokurorluğuna  göndərilib".

Z.Hüseynov qeyd edib ki, V.Nağının iddia etdiyi ikinci halla bağlı isə bu günə qədər Rayon polis Şöbəsinə heç bir şikayət daxil olmayıb. Amma bununla belə o iddia da hazırda araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6354
avatar

Oxşar yazılar