Çantadan tapılan heroin
09 iyun 2021 11:27 (UTC +04:00)

Çantadan tapılan heroin

İdman çantasında heroin satan tutuldu

0

Lənkəran şəhər Polis Şöbəsinə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun narkotik vasitə satması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Polis Şöbəsi əməkdaşlarının keçdikləri əməliyyat-axtarış tədbirləri zamanı M.Məmmədovun üzərinə şəxsi baxış keçirilib. Bu zaman gəzdirdiyi idman çantasının içərisindən 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2319

Oxşar yazılar