Naməlum şəxs Xırdalan şəhəri ərazisindəki mağazaların birində satıcını bıçaqla hədələyərək quldurluq yolu ilə oradan 40 manat pul, 3 ədəd tütün məmulatı və 1 ədəd sərinləşdirici içki aparıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəki rayon sakini V.İbrahimov saxlanılıb.