Hədələyib 3 nəfərin pulunu alan qadın tutuldu
22 sentyabr 2021 13:02 (UTC +04:00)

Hədələyib 3 nəfərin pulunu alan qadın tutuldu

Hədə-qorxu ilə insanların pulunu alanlar saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinə şəhər sakinləri olan iki nəfərin hədələnərək ümumilikdə 2200 manat pullarının alınması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini X.Əliyev müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bu ilin iyun ayında rayon sakini olan daha bir nəfəri də hədələyərək 400 manat pulunu alması müəyyən edilib.  

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.   

Davam etdirilən tədbirlərlə hədə-qorxu gəlməklə hər üç şəxsdən ümumilikdə 2600 manat pul almaqda şübhəli bilinən İ.Hüseynova da müəyyən edilərək saxlanılıb.

# 2226
avatar

Mehman Nəbiyev

Oxşar yazılar