Samuxda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 25-də rayon ərazisindəki evlərin birindən 6500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Samux rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qazax şəhər sakini, əvvəllər məhkum olunmuş F.Məmmədova saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.