Gürcüstan azərbaycanlı qətl törədib.
Lent.az-ın məlumatına görə, bu barədə bu ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə iyunun 12-də Bolnisi rayonunun azərbaycanlıların daha çox yaşadığı Naxiduri(Arıxlı) kəndində qeydə alınıb.
İstintaqla müəyyən edilib ki, azərbaycanlı R.M. adlı şəxs mübahisə zəminində 40 yaşlı həyat yoldaşına fiziki təzyiq göstərib və nəticədə qadın huşunu itirib. O, xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib.
Qətli törədən şəxs “isti izlər”lə saxlanılıb.
Faktla bağlı ailə üzvünə ölümlə nəticələnən qəsdən ağır xəsarətlər yetirmə maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 9 ilədək həbs cəsazı gözləyir.