Gəncədə 18 yaşlı oğlanı küçədə döyüb öldürdülər  - YENİLƏNİB
13 may 2025 18:11 (UTC +04:00)

Gəncədə 18 yaşlı oğlanı küçədə döyüb öldürdülər - YENİLƏNİB

Gəncədə 18 yaşlı gəncin döyülüb öldürülməsi faktı üzrə cinayət işi başlanılıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, mayın 12-də 18 yaşlı Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən bu gün müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.

Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

10 :33

Gəncədə naməlum şəraitdə xəsarət alan 18 yaşlı oğlan ölüb.

Lent.az xəbər ki, müalicə aldığı xəstəxanada həkimlərin tibbi müdaxiləsinə baxmayaraq ağır xəsarət alan 18 yaşlı E.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi üçün müvafiq tədbirlər keçirilir.

İlkin məlumata görə, gənc oğlanı küçədə döyüblər.

***

saat 08:10

Gəncə sakini naməlum şəraitdə ölümcül xəsarət alıb.

Lent.az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 2007-ci il təvəllüdlü E. İbrahimov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Dərhal gənc oğlana xəstəxanada tibbi yardım göstərilib.18 yaşlı E. İbrahimovun vəziyyətinin ağır olduğu bildirilir.

Gənc oğlanın hansı səbəbdən ağır xəsarət alması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12510

Oxşar yazılar