Gəncə sakini "Kalaşnikov" avtomatı ilə tutuldu
02 yanvar 2024 13:08 (UTC +04:00)

Gəncə sakini "Kalaşnikov" avtomatı ilə tutuldu

Gəncədə silahlı saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Nəticədə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Süleymanov saxlanılıb. Ondan içərisində 26 ədəd patron olan patron darağı götürülüb.

Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 26 ədəd patron və 1 patron darağı da aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

# 4269
avatar

Oxşar yazılar