Gənc qızı qardaşı  BIÇAQLADI
02 sentyabr 2022 10:55 (UTC +04:00)

Gənc qızı qardaşı BIÇAQLADI

Ağcabədidə bıçaqlanma hadisəsi olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentyabrın 1-i saat 12 radələrində Ağcabədi rayonu, Xocavənd kənd sakini 28 yaşlı Vüsalə Quliyevaya yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin qardaşı, 30 yaşlı Toğrul Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Vüsalə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Toğrul Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3416

Oxşar yazılar