Gəncədə evdən külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 16-da şəhər ərazisindəki evlərin birindən 12000 manat dəyərində məişət əşyaları oğurlanıb.
Gəncə şəhər Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibəsinin baldızı - Gəncə şəhər sakini – S.Rzayeva saxlanılıb.