Qubada qayınanasının evindən 11 min manatlıq oğurluq edən gəlin saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də rayon ərazisindəki evlərin birindən 5000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin gəlini M.Süleymanova saxlanılıb.
Araşdırma aparılır.