Gecə klubunda ATIŞMA:  ölən var
11 aprel 2024 15:59 (UTC +04:00)

Gecə klubunda ATIŞMA: ölən var

Türkiyədə gecə klublarından birində silahlı insident olub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə gecə saatlarında İspartanın Gülistan məhəlləsində yerləşən gecə klubunda baş verib.

Məlumata görə, Qalip K. ilə 39 yaşlı Mehmet Çuhadar arasında naməlum səbəbdən mübahisə düşüb. Müzakirə qısa müddətdə davaya çevrildikdən sonra Qalip K. Mehmet Çuhadara atəş açıb.

Xəbər üzərinə hadisə yerinə həkim və polis qrupları sövq edilib. Həkimlərin ilk müdaxiləsindən sonra Çuhadarın hadisə yerində öldüyü təyin olunub.

Polis qruplarının təhlükəsizlik tədbirləri gördüyü gecə klubu bağlanıb. Hadisə yeri araşdırma qrupları və prokurorluq araşdırma etdikdən sonra Mehmet Çuhadarın cəsədi yarılma üçün xəstəxana meyitxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalar başlanılıb.

# 3597
avatar

Oxşar yazılar