Fransada azərbaycanlı avtomobilində yandırıldı-FOTO
02 fevral 2023 00:45 (UTC +04:00)

Fransada azərbaycanlı avtomobilində yandırıldı-FOTO

Fransanın Nant Şəhər Prokurorluğunda “mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.

Lent.az-ın sudouest.fr-ə istinadla xəbərinə görə, Azərbaycan əsilli Gürcüstan vətəndaşı Elbrus Qaracayev ötən ilin aprelində itkin düşüb. Bir müddət sonra Fransa polisi onun yandırılmış avtomobilini aşkar edib. 

Təhqiqat zamanı polis qətldə iştirak edən 6 nəfəri müəyyən edib. Məlum olub ki, onlardan üçü avtomobil yandırılmazdan əvvəl maşını tərk ediblər. Saxlananlar üçü Fransa, biri Almaniya, biri Rusiya və biri Gürcüstan vətəndaşı olan 19-22 yaşlarında gənclərdir. Onlar ifadələrində törətdikləri əməli etiraf ediblər. 

Məhkəmənin qərarı ilə onların üçü barədə həbs qətimkan, üçü barədə isə ev dustaqlığı tədbiri seçilib.

Onlara qarşı “mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə” və başqasının əmlakına zərər vurma maddələri ilə cinayət işi açılıb.

Fransa mediası yazır ki, Elbrus Qaracayev Nant şəhərinə ailəsi ilə birgə 2 il əvvəl gəlib və sığınacaq üçün müraciət edib. 

# 5778
avatar

Oxşar yazılar