Fincanı   arvadının başına çırpıb öldürdü
26 sentyabr 2025 13:02 (UTC +04:00)

Fincanı arvadının başına çırpıb öldürdü

0

Türkiyədə kişi arvadını fincanla öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Samsun rayonunun Canik qəsəbəsində baş verib.

48 yaşlı Yücel Günegül ilə 4 uşaq anası olan arvadı 41 yaşlı Fatma Günegül arasında yola getməmək üstündə mübahisə yaranıb. Mübahisə zamanı sərxoş ər çay fincanı ilə arvadının başına vuraraq, öldürüb.

Sonra isə o, avtomobili ilə hadisə yerindən qaçıb.

Lakin sərxoş halda olduğu üçün yol hərəkəti qaydalarını pozub və yol polisi tərəfindən saxlanılıb. Yoxlama zamanı sərxoş olduğu təsdiqlənən Günegülün paltarında qan ləkələri aşkarlanıb. Bundan sonra o, arvadını qətlə yetirdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar