Evli bacısının sevgilisini güllələdi
08 oktyabr 2021 20:15 (UTC +04:00)

Evli bacısının sevgilisini güllələdi

Evli bacısının sevgilisini öldürən oğlanın ŞOK İFADƏLƏRİ: "İki güllə də itə atdım"

Ağstafada evli bacısının sevgilisini güllələməkdə təqsirləndirilən Ramil Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Lent.az cinayət işi üzrə materialları əldə edib.   

İttihama görə, hadisə bu ilin yanvar ayının 9-da Ağstafa rayonunun Sadıxlı kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü R.Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bacısının sevgilisi Taleh Süleymanovu odlu silahdan atəş açaraq qətlə yetirib, bacısı İlahə Mustafayevi isə öldürməyə cəhd edib. İttihama münasibət bildirən R. Mustafayev özünü təqsirli bilib. Ramil ifadəsində bildirib ki, rəsmi olaraq heç yerdə işləməyib və subaydır: “Etibarnamə əsasında idarə etdiyim və atama məxsus “Hundai Tucson” markalı avtomobillə taksi fəaliyyəti göstərmişəm. 2013-2018-ci illərdə Ukraynada qiyabi ali təhsil almışam. Xəstəliyimlə bağlı hərbi xidmətdə olmamışam, məhdud yararlı hesab edilmişəm. Silahlara xüsusi marağım olduğu üçün qanuni əsaslarla ov tüfəngi əldə edib arabir vaxtım olduqca Novxanı atıcılıq mərkəzinə getmişəm. İki ov tüfəngim olub. Onlardan birincisi 12 kalibrli “Barak” markalı silahı 2019-cu ilin dekabr ayında ovçular mağazasından təxminən 800-900 manata almışam. O biri isə “Movoric” markalı silahı isə 2020-ci ilin mart ayında 1100 manata Sumqayıt şəhərində hazırda xatırlamadığım ovçular mağazasından almışam. Hər ikisini ova gedəndə özümlə maşında aparırdım. Hadisədən də bir neçə gün qabaq ova getmişdim, silahlar maşında qalmışdı”. 

R. Mustafayev deyib ki, bacısı İlahə 2013-cü ildə Bakı şəhərində Məhəmməd adlı şəxslə sözlü olub: “Həmin vaxtlarda böyüklər razılaşsa da, özüm İlahənin Məhəmmədlə ailə qurmasını istəməmişəm. Məhəmməd görünüşü və danışığı ilə mənə qarşı inam yaratmamışdı. Həmin il Məhəmməd əsgərlikdə olduğu müddətdə İlahə sonradan tanıdığı Ağstafa rayon Sadıxlı kənd sakini Taleh adlı şəxsə qoşulub qaçdı. Bacımın belə rəftarına görə, onunla aram olmayıb, hətta incimişdim. İlahə Talehə qoşulub qaçsa da, sonradan bir neçə dəfə atam gedib onu evə gətirib. İlahə bir müddət Bakıda qalsa da, yenidən Ağstafaya Talehin yanına qaçdı. Amma Talehdən küsüb Bakıya qayıtdı. Bir müddət sonra Məhəmmədlə ailə qurdu. Təxminən 4 il İlahə Məhəmmədlə rəsmi nikahda idi, həmin dövrdə iki azyaşlı uşağı olub. Məhəmmədlə nikahı olduğu dövrdə İlahə yenə Ağstafaya Talehin yanına qoşulub qaçdı. Onlar Ağstafada birlikdə olduğu dövrdə də İlahə Məhəmmədlə nikahda qalıb”. 

Təqsirləndirilən şəxs bildirib ki, Talehə zəng edərək bacısının Bakıya gəlməsini üçün icazə verməsini istəyib: “Telefonda ona dedim ki, İlahəni burax gəlib burda ərindən rəsmi boşansın. Çünki həmin vaxt uşaqlarını da görə bilmirdi. Amma Taleh icazə vermədi, bu mövzunun ona maraqlı olmadığını bildirdi. İlahə anama da “sms” yazaraq gəlib götürməyimizi xahiş etdi. Mən, etdikləri hərəkətlərə görə, həm bacıma, həm də Talehə qarşı çox qəzəbli idim. 4-5 il qabaq da Talehlə mübahisəm olmuşdu və yumruqla onu vurmuşdum. Atamla birlikdə gecə ilə Ağstafaya yola düşdük. Səhəri gün Ağstafaya çatdıq. Mən maşından düşmədim. Atam Talehgilin həyətinə girdi. Onun gəlmədiyini görüb, pəncərəni açdım. Bu zaman Talehin atamın üstünə qışqırdığını eşitdim. O, İlahəni buraxmayacağını, getməyinə icazə verməyəcəyini deyirdi. Söhbətin uzanmağı, atamla yüksək səslə danışması artıq beynimə işlədi. Maşının arxasından ov silahımı götürdüm, patronları darağa doldurub aşağı düşdüm. Məqsədim Talehi və bütün bu söhbətlərə səbəb olmuş bacımı öldürmək, mübahisəyə son qoymaq idi. Həyətə girən kimi Taleh və bacım məni gördü. Atam da onların yanında durmuşdu. Atama çəkilməsini dedim. Sonra silahı Talehə tuşlayaraq 2-3 dəfə atəş açdım, güllələrdən ikisi Talehə dəydi. Sonra silahı İlahəyə tuşladım, amma o tez evə girdi. Arxasınca bir-iki güllə atdım. Sonra evə girərək onu öldürmək istədim. Amma atam imkan vermədi. Həmin vaxt qapıdakı it səs-küy salırdı. İki gülləni də itə atdım. Hirsim soyuduğundan silahı da yanıma qoyaraq avtomobilə mindim. Atam İlahəni də götürüb, arxadan maşına əyləşdi. Bir neçə kilometr getmişdik ki, polis əməkdaşları yolumuzu kəsdi və təslim oldum”.   

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Mustafayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

# 7389
avatar

Səlcuq Elçin

Oxşar yazılar