Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda fərdi yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri- Elcan Hüseynov, Röyal Həsənov və yetkinlik yaşına çatmayan digər bir rayon sakini saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər mart ayının 9-da rayon ərazisindəki fərdi yaşayış evlərinin birinə qeyri-qanuni yola daxil olaraq oradan 1 ədəd televizor oğurlayaraq satıblar.
Davametdirilən istintaq-əməliyyat tədbirləri ilə həmin şəxslərin daha bir fərdi yaşayış evindən 1 ədəd televizor, 1 ədəd kompyuter, 500 manat nağd pul və digər qızıl-zinət əşyalarını oğurlayaraq satması məlum olub.
Şübhəli şəxslər maddi-sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.