Oğurluğa görə tutulan Miçail Qasımov
15 mart 2021 12:43 (UTC +04:00)

Oğurluğa görə tutulan Miçail Qasımov

Evlərdən və həyətlərdən oğurluq edən tutuldu - FOTO

Lənkəranda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Şilavar kənd sakini S.Kərimova məxsus yaşayış evindən dəyəri 8 min manatdan artıq qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Aparılan araşdırmalarla oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Miçail Qasımovu rayon Polis Şöbəsinin əməkdaşları saxlayıb və oğurlanmış zinət əşyalarının bir qismi ondan maddi sübut kimi götürülüb.

Saxlanılandan sonra üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə metamfetamin də aşkarlanıb. M.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq Lənkəran rayonu ərazisində 1 nəfərin əl çantasından, 3 evdən, 3 mağazadan, 2 həyətdən dəyəri 9490 manat dəyərində məişət əşyaları, nağd pul, tütün məmulatları və s. oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

Mehman Nəbiyev

Oxşar yazılar