Oğurluğa görə tutulan Vüsal Qənbərov
18 mart 2021 16:55 (UTC +04:00)

Oğurluğa görə tutulan Vüsal Qənbərov

Evə kommunal xidmət işçisi kimi girib oğurluq etdi

Bakının Nizami rayonunda mənzillərdən birinə gələrək, özünü kommunal xidmət əməkdaşı kimi təqdim edən şəxs evdən oğurluq edib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən zərərçəkən bir nəfərin evə gələrək mənzilin istilik sistemlərini yoxlamaq adı ilə içəri daxil olduğunu və onun başının qarışmasından istifadə edərək dolabdan 3600 dollar və 1500 manatlıq qızıl-zinət əşyaları oğurladığını bildirib.

Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunan Vüsal Qənbərov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxs barəsində Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Vüsal Qənbərovun başqa bu kimi cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3003
avatar

Mehman Nəbiyev

Oxşar yazılar