Evdən 5 kiloya yaxın narkotik tapıldı
29 aprel 2021 13:51 (UTC +04:00)

Evdən 5 kiloya yaxın narkotik tapıldı

Bakıda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Zığ qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Heydərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 1 kiloqram 200 qram heroin, 3 kiloqram 361 qramdan artıq marixuana və 160 qrama yaxın həşiş götürülüb.

# 1413
avatar

Mehman Nəbiyev

Oxşar yazılar