Tovuzda evdən külli miqdarda oğurluq edilib.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Tovuz rayonu ərazisindəki evlərdən birinin zirzəmisindən 25.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gədəbəy rayon sakini A.Quliyev saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.