Evdən 18 minlik oğurluq etdilər
21 may 2021 14:04 (UTC +04:00)

Evdən 18 minlik oğurluq etdilər

Gəncədə evdən külli miqdarda oğurluq olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, mayın 12-də Gəncə şəhəri ərazisindəki evlərin birindən 200 manat pul, 13500 manat dəyərində qızıl-zinət əşyaları, 4350 manat dəyərində 5 ədəd qol saatı və gümüş əşyalar oğurlanıb.

Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1446
avatar

Mehman Nəbiyev

Oxşar yazılar